Kürdə suyun səviyyəsi artıb
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi artıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Kür çayının Qıraqkəsəmən müşahidə məntəqəsinin 1 oktyabr saat 08:00-a olan məlumatına əsasən, çayda suyun səviyyəsi 242 sm olub. Qeyd olunub ki, bu isə dünən səhərlə müqayisədə 2 sm çoxdur. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş