İstehlaka yararsız qənnadı məmulatları məhv edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qənnadı məmulatlarını məhv edib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 300 kq qənnadı məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş