QHT-lər birləşib yeni koalisiya yaratdı

 

Sentabrın 3-də “Qan Donorları Assosiasiyası” ictimai birliyi və ölkənin elm, təhsil, mədəniyyət, məşğulluq sahəsində fəaliyyətdə olan “Gənclərin Həmrəyliyinə Dəstək” ictimai birliyi,“ İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” eyni zamanda “Gənclərin İnkişafına Dəstək” gənclər təşkilatları tərəfindən qarşılıqlı əməkdaşlıq memarandumu imzalayıb. 

 

Şəffaflıq.az-a Qan Donorları Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, azərbaycanda fəaliyyət göstərən və koalisiya memarandumuna imza atan Qeyri Hökumət Təşkilatları məhsuldar fəaliyyətin inkişafı üçün yaxın gələcəkdə uşaq, yeniyetmə və gənclər arasında, eyni zamanda ölkə xaricində gənclərin sağlam həyat tərzi, qan donorluğunun inkişaf etdirilməsi, genofondun qorunması həmçinin cəmiyyətin həssas qruplarına təmənnasız, könüllü dəstək göstərilməsi, yerli və beynəlxalq layihələrin təşkili, əyləncə proqramları, elmi konfranslar və bu sahədə effektiv nəticələr əldə olunması, vətəndaş cəmiyyətinin inkişafına dəstək məqsədi ilə müxtəlif monitorinqlər, sosial araşdırmalar üçün fəaliyyət planı quraraq birgə əməkdaşlıq edəcəklər.

Mərasim sonrası təşkilatların rəsmiləri gələcək planları və birgə görüləcək müştərək layihələri müzakirə edib. İmzalanma prosesində birliklərin əməkdaşları və fəal üzvləri iştirak ediblər.



Facebook-da paylaş


{sape_links}{sape_article}