Neftçalada mərkəzi bazar yanıb



Neftçala rayonunda mərkəzi bazarda yanğın hadisəsi baş verib.

Şəffaflıq.az məlumat verir ki, hadisə gecə saat 03:30 radələrində qeydə alınıb.

Belə ki, rayonun mərkəzi bazarında yanğın başlayıb. Qısa müddətdə alovun əhatə dairəsi daha da genişlənib.

Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinə məxsus dörd yanğınsöndürən avtomobili və xeyli canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı mərkəzi bazarın 100 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}