Günün qoroskopu: Axşam saatlarını sizə yaxın insanlarla keçirin.
Danışıqlar aparmaq məharətinizi göstərin.
Günün ikinci yarısında iş çox olsa da, ruhdan düşməyin. Qətiyyətli və əzmli olsanız, bütün işlərin öhdəsindən gələcəksiniz.
Çoxdan bəri həllini tələb edən problemi çözmək şansı var. Çətin şəraitdən çıxış yolu tapacaqsınız.
Buğa - cari işlərə maksimum diqqət verin. Ötənlərin və ya uzaq gələcəyin olayları yox, məhz onlar indi sizi maraqlandırmalıdır. Müstəqil iş üçün əlverişli vaxtdır. Dost və düşməni ayrıd edin, təmasların intensivliyini bir qədər azaldın.
Planların dərhal dəyişdirilməsini tələb edən mürəkkəb situasiya yarana bilər. Sizdən hansısa məqama görə asılı olan insanlarla normal davranın. İşdə tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət edin.
Sifarişin başa çatdırılmasını ləngitməyin.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Əkizlər - əlverişli və uğurlu gündür. Enerji, aktivlik və çalışqanlıq nə qədər çox olarsa, nəticə bir o qədər yaxşı alınacaq. Məqsədinizə çatmaq üçün ciddi səylər göstərin.
Məhsuldar işləməklə yanaşı, yanınızdakı insanların da tənbəllik etmələrinə, işə laqeyd yanaşmalarına imkan verməyin. Liderlik məziyyətlərinizi göstərin.
Bəzi addım və qərarlarınız sərt tənqid oluna bilər. Amma bütün bunlara ifrat əhəmiyyət verməyin. Prinsiplərinizə sadiq qaldıqca işləriniz avand olacaq.
Yaxın insanlarla münasibətlərdə şəffaflıq anlamına riayət edin. Birmənalı olmayan, atmacalı sözlər söyləməyin.
Xərçəng - sizin gününüzdür. Proseslərin tempini siz müəyyənləşdirirsiniz. Yaxın ətrafınızdakı insanlar da o axına riayət etmək məcburiyyətində qalırlar.
İstənilən situasiyada aktiv hərəkət etmək bacarığına malik olun. İşgüzar məsələlərin müzakirəsində, tapşırıq və ya sifarişin qəbul olunmasında təfərrüatlara, şərtlərə və vədlərə fikir verin.
Laqeyd olmayın.
Günün ikinci yarısında birgə iş məsləhətdir. Rəqibləri üstələməyə çalışın. Əvvəllər sərinləşmiş münasibətləri bərpa etmək imkanları var.
Öz şərtlərinizi səsləndirin.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Şir - bəzi problemlər var. Lakin yaşam potensialınızın yüksək səviyyədə olması çətinliklərin öhdəsindən gəlməyinizə yardım edir. Usanmayın, ətalətli və tənbəl davranmayın.
İşgüzar görüşlər və şəxsi münasibətlərdəki təmaslar pis keçmir. Münaqişə yaratmayın.
Qarşılıqlı əlverişli şərtlərlə əməkdaşlıq mümkündür.
Dərhal böyük uğur əldə edəcəyinizi düşünməyin. Hələlik gələcək qələbələrin bünövrəsini qoyursunuz. Gələcəklə bağlı planları diqqətlə götür-qoy edin.
Qız - prinsiplərinizə xəyanət etməyin. Şərait mövqenizə və yaşam qaydalarınıza əks davranış tələb edərsə, ani hisslərə uymayın.
Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Bəzi işləri etibar etdiyiniz insanlara həvalə edə bilərsiniz.
Əməkdaşlıq məhsuldar və intensiv ola bilər.
Yaxınlarınızla münasibətlərdə həssas olun. Kiçik problemlərə və anlaşılmazlıqlara həddən ziyadə önəm verməyin. Xırda məsələni şişirtməyin. Günü itkilərsiz başa vurmaq üçün sərrast davranış və müdriklik tələb olunur.
Tərəzi - işgüzar təmaslar, müzakirələr, danışıqlar, dostlar ünsiyyət üçün yaxşı gündür. Dəvət aldığınız məkana yollanın. Günün maliyyə fonu əlverişlidir. Gəlirlər arta bilər.
Sövdələşmə və sifariş qəbulu üçün uğurlu gündür.
Şəxsi münasibətlərdə dəyişikliklər istisna deyil. Romantik hisslərə çox qapılmayın. Ehtiyatlı olun. Harmonik münasibətlər və normal tərəfdaşlığın prinsip etibarilə mümkün olmadığı insanlardan uzaq durun.
Günün ikinci yarısında gərəksiz riskdən imtina edin.
Gələcəyi sizin üçün önəmli olan insanlara yardım edin, onlardan qayğınızı əsirgəməyin.
Əqrəb - gün sakit, rəvandır. Başladığınız işin uğursuzluğa düçar olmaması üçün diqqətli və sayıq olun. Əməkdaşlıq, istənilən birgə fəaliyyət bir sıra problemlərlə müşayiət olunur.
Həmin problemlərin hamısını həll etmək imkanlarınız xaricindədir. Lakin yaxın ətrafınızdakı insanlardan biri sizə yardım etməyə hazırdır. Plan, niyyət və istəklərinizi onunla bölüşə bilərsiniz.
Yaradıcılıq potensialının gerçəkləşdirilməsi, musiqi, rəngkarlıq, ədəbiyyatla məşğul olmaq üçün əlverişli gündür.
Bilik və bacarıqlarınızın hansı səviyyədə olduğunu göstərin.
Axşam saatlarında istirahət edin.
Oxatan - günün ilk yarısı çox çətin, mürəkkəb olacaq. Görüləcək işlər çoxdur və intensiv çalışmaq lazımdır. Öz problemlərinizlə yanaşı, başqalarının çətinliklərini də həll etməli olacaqsınız.
Sinirlənərək qıcıqlansanız da, hisslərinizi büruzə verməyin. Situasiyanı dəyişmək asan deyil. Üstəlik, yardım etdiyiniz insanlar sizi möhkəm tənqid edirlər.
Günün ikinci yarısında pozitiv təmayüllər güclənəcək. Ətrafdakı insanlarla dil tapmaq asanlaşır. İdeyalarınızı dəstəkləyənlər də artır.
Axşam saatları yeni tanışlıqlar və romantik hisslər üçün əlverişlidir. Münasibətlərin inkişafını əngəlləyə biləcək kobud səhvlərə yol verməyin.
Oğlaq - məqsədlərinizin reallaşmasında yaxın ətrafınızdakı insanlardan sui-istifadə etməyə çalışmayın. Zülmün qarşısından geri çəkilməyin.
Haqq və hüquqlarınızı qoruyun, qanun çərçivəsində davranın. Sizdən rüşvət istəyə bilərlər - verməyin.
Rəqib və bədxahları üstələməklə yanaşı, öz zəiflik və nöqsanlarınıza gəlib gəlin. İntellektual fəaliyyət, mürəkkəb tapşırıqların həlli üçün uğurlu gündür.
Uzunmüddətli planlar qurarkən ifrata varmayın. Gələcəyi düşünərkən indidən ayrılmayın.
Şəxsi münasibətlər müstəvisində təşəbbüskar olun.
Fikir və təkliflərinizi yaxınlarınız dəstəkləyəcəklər. Yeni münasibətlər, parlaq təəssüratlar və pozitiv hisslər istisna deyil.
Dolça - sizinlə asanlıqla manipulyasiya etməyə imkan verməyin. Rəğbət bəslədiyiniz insanlara asanlıqla inanmayın, çünki bəziləri sizin sadəlövhlüyünüzdən sui-istifadə edə bilərlər.
İntuisiya sizdən ehtiyatlı davranmağı istəyir. Məsləhətləri dinləyin, baş verənləri diqqətlə izləyin.
Kommersiya fəaliyyətində uğursuzluqlar ola bilər.
Sövdələşmələri bir qədər təxirə salın.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə problemlərin dərinləşməsinə imkan verməyin.
Açıqlamalarınızda sərt olmayın, bu və digər insanın hərəkətlərini dəyərləndirərəkən sözlərinizi düşünərək söyləyin. Bir qədər yumşaq, müdrik olun. Münaqişələrlə qarşıdurmalara qatılmayın.
Balıqlar - günün axarı emosiyalara nə dərəcədə hakim olmağınızdan asılıdır. Hisslərinizi nəzarətdə saxlasanız, niyyətlərinizi reallaşdırmaq və məqsədinizə çatmaq imkanlarınız var.
Ani hisslərin əsirinə çevriləcəyiniz təqdirdə isə hadisələr ən pis istiqamətdə inkişaf edə bilər.
Perspektivlərinizin asılı olduğu insanla münasibətləri korlamayın. Ehtiyatlı, təmkinli, müdrik davranın.
Anlaşma, sövdələşmə, sənədləşdirmə və ciddi müzakirələri təxirə salın.
Axşam saatlarını sizə yaxın insanlarla keçirin.
Şəffaflıq.az
Facebook-da paylaş