Niderlanddan gətirilən bibər toxumunda virus aşkarlanıb
AQTA-dan verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.
Qeyd edək ki, viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər. AQTA bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etmələrini tövsiyə edir. Bu kimi hallara qarşı ciddi tədbirlər görüləcək.
Facebook-da paylaş