Kamilə Əliyeva: "Bu, gələcəkdə millətin genofundunda fəsadlar törədə bilər"
Azərbaycan hüquqi və dünyəvi dövlət olsa da, dinimiz İslamdır. İslama görə, uşağın atası, hətta bəlli olsa da, kəbindənkənar övlad sahibi olmaq haram sayılır. Bütün səmavi dinlərdə belə hallar qeyri-məqbul hesab edilir. Heç kim zəmanət verə bilməz ki, sperma bankının yaradılması gələcəkdə bacı-qardaş nikahlarına səbəb olmayacaq”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat qeyd edib ki, bu, gələcəkdə millətin genofundunda fəsadlar törədə bilər: “Nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı bütün dünyaya örnək ola biləcək milli dəyərlərə malikdir. Biz gənclərimizi milli ruhda tərbiyə etməyin vacibliyini hər zaman vurğulayırıq. Azərbaycanda əsrlər boyunca formalaşmış müqəddəs ailə institutu mövcuddur. Hər zaman təbliğ edirik ki, Azərbaycan ailələrində övladlar hər iki valideynin himayəsində böyüməlidirlər. Çünki bu cür uşaqlar Vətənə layiqli vətəndaş kimi böyüyürlər. Onu da qeyd edim ki, mən bir genetik kimi də sperma bankının yaradılmasının əleyhinəyəm. Əks halda, xoşagəlməz hallarla üz-üzə qala bilərik”.
Facebook-da paylaş