Martın 30-u səhərədək ölkə ərazisində hava küləkli olacaq

 Martın 27-si səhərdən 30-u səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəzlənəcəyi, küləyin maksimal sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, martın 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 30 metrədək güclənəcəyi gözlənilir.
Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraiti davam edəcək. Cənub-qərb, qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 15-20, bəzi yerlərdə 23-28 metr olacağı, martın 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}