FHN: Ötən sutka 5 nəfər xilas edilib

 Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.
Sutka ərzində FHN-in qüvvələri tərəfindən ümumilikdə 5 nəfər, o cümlədən paytaxtın Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəqliyyat vasitəsinin arasında sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib.
Həmçinin Bakı şəhəri Binəqədi rayonunda baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}