Martın 21-nə olan hava proqnozu

 

Martın 21-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-dək isti, gündüz 6°-dək isti, Bakıda gecə 2°-dək isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}