Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq

 Baş Prokurorluğun əməkdaşları vətəndaşların suallarını cavablandıracaq.
Bu barədə  qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə qurumun instaqram sosial şəbəkəsindəki səhifəsində bu gün saat 11:00-dan saat 12:00-dək canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}