Ötən il Azərbaycanda saxlanılan azyaşlıların sayı açıqlanıb
Şəffaflıq.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, 2021-ci ildə valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama va təcridetmə mərkəzlərinə 577, o cümlədən avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 450 azyaşlı gətirilib. Bildirilib ki, həmin şəxslərin hər biri barəsində qanunvericiliyə uygun tədbirlər görülüb. Onlardan 120-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara 350 material göndərilib."Report"
Facebook-da paylaş