Azərbaycanda 150 min ev təsərrüfatı fiber-optik xətlərlə təmin olunub

 İndiyə qədər Azərbaycanda 150 min ev təsərrüfatı müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlərlə təmin olunub.
Şəffaflıq.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin sonuna qədər evlərin hamısı müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək. Bunun üçün 1 400 km uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.
Bundan başqa, ötən il işğaldan azad olunmuş ərazilərin 50%-də 4G mobil texnologiya şəbəkəsi qurulub, 35%-də teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}