Bağçalara qəbulda rüşvətə son qoyulur - PROQRAM HAZIRLANIR


 

Prezident İlham Əliyevin sərəncamı ilə ölkədəki təhsil sistemində bir sıra dəyişiklik edilib.

Belə ki, Təhsil Nazirliyində edilən struktur dəyişikliyinə əsasən, İcra Hakimiyyətlərinin tabeliyində olan bağçalar, yenidən nazirliyə qaytarıldı.


Deyə bilərik ki, bağçalar İcra Hakimiyyətlərinin tabeliyində olduğu zaman əhali tərəfindən bağçalara qəbul zamanı rüşvət tələb edilməsi, yer çatışmazlığı kimi çox sayda şikayətlər olurdu.

Təhsil İnstitutunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova bağçalardakı problemlər barədə açıqlama verib.

O bildirib ki, bağçalardakı uşaq qəbulu prosesində pul tələb olunmasının qarşısını almaq məqsədi ilə qəbul onlayn qaydada keçiriləcək:

“Bağçalarda uşaq qəbulu prosesində pul istənilməsi çox xoşagəlməz idi. Amma qeyd edim ki, bu məsələni bütün bağçalara aid etmək olmaz.

Hörmətli nazirin dediyi kimi, bu halların baş verməməsi üçün dünya ölkələrində olduğu kimi, bizdə də uşaqların bağçalara qəbulu onlayn sistemlə baş tutacaq.

Yer çatışmazlığı məsələsinə gəldikdə, isə bu proses dövlət sənədləri ilə tənzimlənir. Hər yaş qrupuna qoyulan uşaq sayı aşılmamalıdır. Bəzi bağçalarda məcburiyyət qarşısında bu hədd aşılırdı, amma bu hal baş verdikdə, öz uşaqlarımıza ziyan olur. Çünki bu hallar onlara qayğı və təlimin yüksək səviyyədə tətbiqinə mane olur.

Mən əminəm ki, yeni sərəncamdan sonra bir çox problemlər qaydasına düşəcək. Eyni zamanda, məktəbəqədər təhsildə tədrisin yüksək səviyyədə olması üçün ciddi addımlar atılacaq. Nazir çıxışında dediyi kimi, sadəcə məsələlərin həllini tapması üçün zaman lazımdı”.

Şöbə müdiri qeyd edib ki, bağçalara müəllim qəbulu imtahan nəticəsində seçiləcək:

“Gələcəkdə məktəbəqədər müəssisədə çalışan tərbiyəçi müəllimlər hansısa meyara görə yox, əsl yüksək bilik, bacarığına görə işə qəbul olunacaq. Bu prosesin nəzarətdə olması üçün də işə qəbul imtahan nəticələrinə əsasən aparılacaq.

Bağçalar İcra Hakimiyyətlərinin tabeliyində olduqda bu o demək deyildi ki, məzmunda onlardadır. Məzmun Təhsil Nazirliyinin tabeliyində idi.

Maddi texniki bazasının təminatı İcra Hakimiyyətlərinin tabeliyində olduğu üçün nazirlikdə aparılan yeniliklər bütün bağçalarda tətbiq olunmur.

Əsas da müəssisələrin təmiri, tikintisi məsələsi idi.

Məktəbəqədər təhsil prosesinin yüksək səviyyədə keçirilməsi üçün yeni proqram, təlimatlar hazırlayırıq. İnşallah, təxminən iki aydan sonra tam dəqiqliklə təqdim olunacaq”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}