İlham Əliyev: "Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək"

"Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq".
Şəffaflıq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 24-də Şuşada Cıdır düzündə çıxış edərkən deyib.
"Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm o vaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - Prezident İlham Əliyev qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}