Aqil Abbas: "Bu gün ölkədə qəzetlərin satışı ilə bağlı şərait yoxdur"

 “Biz vaxtilə Mətbuat Şurası ilə vahid jurnalist vəsiqəsinin olmasını müzakirə etmişdik, ancaq bunu həyata keçirə bilmədik”.
Şəffaflıq.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında “Media haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, sayt arxiv deyil: "Saytdan istədiyin materialı çıxara bilərsən. Amma qəzet əlyazmadır. İnsanlar bir neçə müddətdən sonra zəfər qələbəmizi qəzetdən axtaracaqlar. Bu gün ölkədə qəzetlərin satışı ilə bağlı şərait yoxdur. Küçədə qəzet satmağı yığışıdırıblar, abunə də yoxdur. İndi qəzet necə satılsın? Azərbaycanda heç kəs reklam vermir. Bir qida təşkilatı var. İkincisi, üçüncüsü yoxdur ki, desin qidanı məndən alın. Reklam üçün xüsusi bir təşkilat olmalıdır. Reklam birinci ən çox oxunan qəzetlərə, televiziyalara verilməlidir. Sağ olsun dövlət. Qəzetləri də dəstəkləyir, saytları da”.
“Report”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}