"Azercell" abunəçilərinin nəzərinə: şübhəli məzmunlu ismarıclara reaksiya verməyin
Əlavə çətinliklər ilə qarşılaşmamaq, yanlış məlumatlar nəticəsində yarana biləcək xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan mənbələrdən istifadə etməməyi, yalnız rəsmi məlumatlara istinad etməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. yararlanmamağı tövsiyə edir.
Facebook-da paylaş