Milli Məclisin xərclər smetası təsdiq edilib
Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında qərar layihəsi qəbul edilib.
Şəffaflıq.az-ın xəbərinə görə, sənədə əsasən, 2022-ci ildə Milli Məclisin və onun aparatının xərclər smetası 42 036 822 manat olması müəyyən edilib.
Həmin vəsaitdən isə Milli Məclisin deputatlarının əməkhaqqı üçün 5 382 624 manat ayrılıb.
Xəbəri paylaş
Facebook-da paylaş