Şimal bölgəsinə ilk qar yağıb


Quba və Qusar rayonlarına ilk qar yağıb.
Şəffaflıq.az  məlumatına görə, axşam saatlarından başlayaraq Azərbaycanın Şimal bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Quba və Qusar rayonlarının əksər dağlıq kənd və məntəqələrinə dünən axşamdan yağmağa başlayan qar bu gün səhər saatlarında kəsib.
Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.
Eyni zamanda bölgənin Xaçmaz və ətraf rayonlarında yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}