Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə danışdı - "Lap əlayam"

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki, modern.az-ın məlumatına görə, sabiq baş nazir hazırda Bakı şəhərində deyil, o, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur.
Modern.az-a danışan 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur: “Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.
Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}