Fazil Mustafa: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsidir. Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın işləməməsinin məntiqi izahı yoxdur. İctimai nəqliyyatın işləməməsindən isə ən çox əziyyəti aztəminatlı ailələr çəkir.
Millət vəkili düşünür ki, problem öz həllini tapmazsa, məktəblər açılanda vəziyyət daha da ciddi hal alacaq.
Fazil Mustafa təklif edir ki, vəziyyətdən çıxış yolu kimi həftəsonu avtobusların iş saatı azaldıla, ictimai nəqliyyat saat 18:00-a qədər işləyə bilər.
O, bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcəyini deyib.
Facebook-da paylaş