Bakıda qəribə yırtıcı PEYDA OLDU - FOTO


 Maştağa sakinləri qəsəbənin Ləiş bağları ərazisində qeyri-adi heyvan tutublar.
Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib. Bədən hissəsi yarasaya oxşayan tünd qəhvəyi rəngli heyvanı sakinlər bir neçə gün izləyəndən sonra tuta biliblər. Sakinlərin sözlərinə görə, qeyri-adi heyvanın çəkisi təxminən 40-45 kiloqrama qədərdir.
Sakinlər bir neçə gün qəsəbədə qoyunların yoxa çıxmasından narahat olub. Əvvəlcə qoyunların oğurlandığını fikirləşən sakinlər daha sonra gecə boyunca yatmayaraq heyvanları izləyiblər. Nəticədə belə bir heyvanın qoyunları oğurladığının şahidi olublar. Sakinlər heyvanı qovmaq üçün onun üstünə itləri açıb buraxsa da, itlər ona yaxınlaşa bilməyib.
Bu səbəbdən sakinlər özləri qeyri-adi heyvanı zərərsizləşdirməyə çalışıb. Sakinlərə hücum etdiyindən onu öldürmək məcburiyyətində qalıblar.
Sakinlər bildirir ki, heyvan qəribə səslər çıxarıb, ona hücum edən itlərin üstünə ilan kimi fısıldayıb:
“İtlər çıxardığı səsə görə ona yaxınlaşa bilmədi. Tükürpədici səslər çıxarır. Ulayırdı sanki. Birinci elə bildik, yarasadı. Ancaq bu qədər böyük yarasa olmur və burada da belə heyvan görməmişik heç vaxt. Üzü də yarasaya oxşamır”.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}