Azərbaycanda yolları ictimaiyyət korlayır?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) yollar rayon mərkəzindən onun ərazisinə qədər verilir. Daxili yollar isə rayonların və yerli bələdiyyələrnin balansındadır. Bizə həmin rayonlardan sifarişlər verilir".
Bunu “Report”a açıqlamasında AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət investisiya proqramında nəzərdə tutulan bütün yollar bu il də ayrılmış vəsait hesabına təmir edilir, ilin sonuna qədər təhvil veriləcək: “O cümlədən, bu il Bakıda 361 km yolun təmiri nəzərdə tutulub".
Sədr ölkədəki avtomobil yollarının keyfiyyətinin aşağı olması barədə səslənən fikirlərə də münasibət bildirib: "Bizdə problemli yollar yoxdur. Yollar təmir edilib, ancaq müəyyən hissəsi sıradan çıxa bilər. Problemi ictimaiyyət özü bilmədən yaradır. Azər
baycan dövlətinin qayğısı ilə son dövrlərdə 17 min km-dən çox yol tikilib, təhvil verilib. Burda problem nədən yarana bilər?!"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}