Kəbə tarixində İLK: Zəvvarlara robotlar xidmət edəcək

 


Səudiyyə Ərəbistanı Həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və onları istiqamətləndirmək üçün 2 robotun istifadəyə verildiyini açıqlayıb.

Şəffaflıq.az xəbər verir ki, 3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan "şəxsi robot" zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq qabiliyyətinə malikdir.

Zəvvarların və Kəbədə çalışanların riayət etməli olduqları qoruyucu tədbirlərə əməl edib etmədiklərini izləyəcək "təhlükəsizlik robotu"nun temperaturu ölçəcəyi, insanların maska taxmasına nəzarət edəcəyi və ərazini davamlı dezinfeksiya edəcəyi qeyd edilib.

Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi iyunun 12-də xaricdən heç kəsin Həcc ziyarətinə qəbul olunmayacağını, ancaq ölkə daxilində xroniki xəstəlikləri olmayan, 18-65 yaş arasında olan 60 min şəxs üçün icazə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, COVID-19 səbəbindən Səudiyyə Ərəbistanı ötən il yalnız ölkə daxilindən məhdud sayda zəvvar qəbul edib.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}