Azərbaycanda koronavirusa 156 yeni yoluxma, 5 nəfər vəfat etdi

 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib. 3 944 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, bu günə qədər isə ümumilikdə 3 532 472 test icra olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}