“Təbib” qəzetinə yeni redaktor təyin olunub

 

Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin redaktoru vəzifəsinə təyinat olub. ATU rektoru, professor Gəray Gəraybəylinin 06 may tarixli əmrinə əsasən, bu vəzifəyə Məğrur Əliyev təyin edilib.


Dünən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov yeni redaktoru qəzetin kollektivinə təqdim edib.

Əvvəlcə Z.Musabəyov qəzetin mərhum redaktoru, şair, publisist, yazıçı Eldar İsmayılın xatirəsini yad edərək, onun 1997-ci ilin əvvəllərindən ömrünün sonunadək «Təbib» qəzetinə rəhbərlik etdiyini bildirib. O, ATU rəhbərliyinin yeni təyinatdan sonra qəzetdə bir sıra yeniliklər, dəyişikliklər gözlədiyini qeyd edib: “Çalışmaq lazımdır ki, qəzetdəki materiallar həm tələbələrin, həm də universitet əməkdaşlarının marağına səbəb olsun, yeni ideyalar həyata keçirilsin. İnanıram ki tezliklə bu dəyişiklikləri görə biləcəyik. Uğurlar arzulayıram”.

Qeyd edək ki, M.Əliyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Sonradan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alıb. 25 ildən artıqdır ki, mətbuat sahəsində fəaliyyət göstərir. İndiyədək bir sıra tanınmış qəzet və saytlarda rəhbər vəzifələrdə çalışıb, peşəkar fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb.

O, 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli və Qubadlının işğaldan azad olunmasına görə medalları ilə təltif edilib. Döyüş yolu haqqında bir sıra mətbuat orqanları və televiziya kanallarında materiallar hazırlanıb, Vətən müharibəsindən bəhs edən filmə çəkilib.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}