14 aprel 2021-ci il tarixində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.6.3-cü yarımbəndinin icrası çərçivəsində Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi məqsədi “Erkən nikah gənclik üçün bəladır” mövzusunda onlayn gorüş keçirildi.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı RİH-ti başçısı aparatının aparıcı məsləhətçisi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qızbəs Əmrahova, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbənin müdiri Elnur Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhmət Mustafayev, “Ömür” Klinikasının həkimi, ADPU-nun Fiziologiya kafedrasının müəllimi, həkim fizioloq Səadət Qəmbərova, Psixoloq Könül Telmanqızı, Bakı Slavyan Universtetinin Rus dili və Mədəniyyətlərarası kafedrasının dosenti Ofeliya Tağıyeva, Bakı Slavyan Universtetinin ibtidai təhsil kafedrasının dosenti Şüküfə Ağakişiyeva, Bakı Slavyan Universtetinin ibtidai təhsil kafedrasının baş müəllimi Məmmədova Zərifə, “Əngəlsiz Düşüncə” Sosial inkişafa yardım ictimai birliyin sədri Mətanət Quliyeva, Bakı şəhər 57 saylı məktəbin tarix müəlliməsi Şəhla Səlimova, Şamaxı “Şəffaflıq Media Qrup"un rəhbəri Vahid İsmayılov, təhsil işçiləri, valideynlər, məktəbli yeniyetmə və gəncləri iştirak etdib. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin mahiyyəti haqqında geniş məlumat verdi. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu bildirən Ş.Hüseynov vurğuladı ki, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. O, qeyd etdi ki, insanlar dərk etməlidirlər ki, onlar övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Burada məsuliyyət tək valideynin üzərinə düşməməlidir, həm də orta məktəbin və məktəb rəhbərliyinin məsuliyyəti olmalıdır. Kimliyindən asılı olmayaraq, qanunla yaşı çatmayan birini heç kimsə nikaha məcbur edə bilməz. Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı əksər konvensiyalara qoşulub və qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Deməli, erkən nikah bu konvensiyaların tələblərinə ziddir. Belə ki, erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur. Sonra tədbirdə qonaq qismində iştirak edən ADPU-nun Fiziologiya kafedrasının müəllimi, həkim fizioloq Səadət Qəmbərova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhmət Mustafayev, Şamaxı RİH-ti başçısı aparatının YYÇİHMÜ komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qızbəs Əmrahova, Psixoloq Könül Telmanqızı, Bakı Slavyan Universtetinin ibtidai təhsil kafedrasının dosenti Şüküfə Ağakişiyeva və Bakı Slavyan Universtetinin ibtidai təhsil kafedrasının baş müəllimi Məmmədova Zərifə mövzu ətrafında çıxış edərək erkən nikahın yaratdığı fasadlar barədə və bunun qarşısının alınması istiqamətində kimlərlə və hansı aidiyyatı qurumlarla birgə profilaktiki tədbirlərin aparılmasından danışdılar. Bununla yanaşı qonaqlar tərəfindən erkən nikahla bağlı hazırlanmış videorolikləri iştirakçılara təqdim olundu.
Sonda mövzu ətrafında müzakirələr aparıldı və gəncləri maraqlandıran suallar cavablandırıldı.
Dəyanət İsmayılov. Şamaxı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş