“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib - FOTO

 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində Qubadlı rayonunda ağacəkmə aksiyası keçirilib.

İctimai Birlikdən bildirilib ki, aprelin 13-də rayonun Muğanlı kəndində yaşıllıqların məhv edildiyi ərazidə akasiya, çinar və tut ağacları olmaqla ümumilikdə 750 ağac, eləcə də toxumlar əkilib.

Qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərdə keçirilən aksiyalar zərər görmüş yaşıllıq massivlərinin bərpasına və bu ərazilərin təbiətinin canlandırılmasına töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.


Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.Yaz və payız mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Şəffaflıq.az





 
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}