Hacıqabulda COVID 19-a yoluxan şəxs barəsində cinayət işi başlanıb
Şəffaflıq.az-ın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) və TƏBİB “Hacıqabul rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsin həkim briqadası ilə birgə COVID-19 virusuna yoluxan və evdə müalicə alan şəxslərin evlərinə reyd keçirdiyi zaman müalicəyə götürülən Hacıqabul sakini, 1961-ci il təvəllüdlü İsayev Hacıbəy Əlican oğlunun evdə olmadığı müəyyənləşib.
Hacıqabul RPŞ tərəfindən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimini pozduğuna görə və xəstəliyin digər şəxslərə yoluxmasına real təhlükə yaratdığına görə həmin şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.
Şəffaflıq.az
Facebook-da paylaş