Şamaxıda polislər qazimizi ziyarət ediblər.Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən savaşında yaralanmış qazimiz, Ovçulu kənd sakini gizir Elşad Mikayılovu evində ziyarət edib, onun qayğıları ilə maraqlanıblar.
Şəffaflıq.az xəbər verir ki, göstərilən diqqətə görə minnətdarlığını bildirən E.Mikayılov polis əməkdaşları ilə döyüş təəssüratlarını bölüşüb və Vətən müharibəsi iştirakçısı olmasından qürur duyduğunu bildirib.
Qeyd edək ki, 2012-ci ildən Daxili Qoşunlarda xidmət edən hərbi qulluqçumuz Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında igidlik göstərib. O, Hadrut qəsəbəsi, Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə isə yaralanıb.
Şəffaflıq.az
Facebook-da paylaş