Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir/-FOTOLAR
Şəffaflıq.az xəbər verir ki,belə görüşlərdən bu dəfə İsmayıllı şəhərində, Basqal qəsəbəsində, Zeyvə və Qoşakənd kəndlərində baş tutub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi onları evlərində ziyarət ediblər.Görüşdə səmimi söhbətlər edilib. Qazilərimiz şanlı qələbəyə aparan zəfər yolunda yaranan xoş xatirələrindən danışıblar. Zeyvə kəndindən və Basqal qəsəbəsində bir evdən iki qardaşın qazi olması isə onların ailələrində xüsusi qürur yaratdığını bildiriblər. Qəsəbədən olan qardaşlar Şuşa istiqamətində çiyin-çiyinə döyüşdüklərindən xəbərsiz olublar. Tale onlara elə o döyüşdə bir-birindən xəbərsiz yaralanaraq qazi olmaq qismət edib. Görüşdə 44 günlük bu Vətən Müharibəsində xalqımızın Ali Baş Komandanımız İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşməsindən danışılıb. RİH başçısı bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) onların gələcəyinin təminatıdır. Amma hazırda qazilərimizin hansısa problemi, hansısa ehtiyacları varsa təmin etməyə hazırıq. Onlarsa öz növbələrində heç nəyə ehtiyaclarının olmadığını, dövlət tərəfindən lazım olan hər şeylə təmin olunduqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkür ediblər.
Qeyd edək ki, İsmayıllı şəhərindən olan qazimiz mayor hərbi rütbəlidir, Zeyvədən olan iki qardaş qazilərimiz bələdiyyə sədrinin övladları, Qoşakənddən olan qazimiz isə keçmiş bələdiyyə sədridir.
Məhərrəm Səmədov.
İsmayıllı rayonu
Şəffaflıq.az
Facebook-da paylaş