Əsas Səhifə > Dünya > Venesuelada parlament seçkiləri - Maduro qalibiyyətini elan edib

Venesuelada parlament seçkiləri - Maduro qalibiyyətini elan edib


7-12-2020, 20:56

 

Dekabrın 6-da Venesuelada parlament seçkiləri keçirilib, səslərin 82 faizi artıq sayılıb.

Şəffaflıq.az xəbər verir ki, Venesuelanın milli seçki komissiyasının son açıqladığı rəqəmlərə görə, seçkilərdə hakimiyyət yönümlü sosialist partiyaların alyans bloku 67 faizlə liderlik edir. Müxalifət yönümlü demokratik partiyalar ittifaqı 17,95 faiz səslə ikinci yerdədir.

Venesuela Prezidenti Nikolas Maduro tərəfdarlarını sosialist hərəkatının qazandığı qələbə münasibətilə təbrik edib və irəlidəki dövrdə dəyişikliklərin ediləcəyini və ölkə iqtisadiyyatının bərpasına diqqət ayrılacağını bildirib.

Qeyd edək ki, bazar günü keçirilən seçkilərdə 107 siyasi partiya və 14 mindən çox namizəd iştirak edib.

Müxalifət lideri Xuan Quaydo da daxil olmaqla 20-dən çox partiya seçkiləri boykot edib.

Geri qayıt