Əsas Səhifə > SİYASƏT / SOSİAL MÜDAFİƏ > İlham Əliyev “Bakmil” stansiyasında - FOTO
İlham Əliyev “Bakmil” stansiyasında - FOTO26-03-2019, 22:23 |
Prezident İlham Əliyev martın 26-da Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub. Şəffaflıq.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Bura 1970-ci ildə açılıb və 9 il “Nərimanov” elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan “Bakmil” Bakı metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb. Stansiyanın ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Prezident İlham Əliyev martın 26-da Bakı metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub. Bu barədə məlumatı AZƏRTAC yayıb. Geri qayıt |