Əsas Səhifə > Dünya > Almaniyada hər 4 dəqiqədə 1 nəfər koronavirusdan ölür
Almaniyada hər 4 dəqiqədə 1 nəfər koronavirusdan ölür7-12-2020, 19:27 |
Almaniyada koronavirus sürətlə yayılmağa davam edir. Şəffaflıq.az xəbər verir ki, ölkənin Bavariya ştatında 9 dekabr tarixindən fövqəladə vəziyyət elan olunacaq. Bavariyanın rəsmisi Markus Söder açıqlamasında bildirib ki, epidemiyaya qarşı tətbiq edilən tədbirlər yetərli deyil və yeni qaydalar tətbiq olunacaq. Söder Almaniyada “COVID-19” səbəbilə hər 4 dəqiqədə 1 vətəndaşın öldüyünü, Səhiyyə Nazirliyinin var gücüylə çalışdığını bildirib. O, ştatdakı tədbirlərin sərtləşdirilməsinə dair Dövlət Nazirlər Şurasında verilən qərarların çərşənbə axşamı Bavariya Dövlət Məclisinə təqdim ediləcəyini açıqlayıb. Söder insanların yalnız sağlamlıq, ailə yaxınlarını ziyarət, iş, alış-veriş və məktəbə getmək kimi vacib səbəblərdən çölə çıxa biləcəyini qeyd edib. Həmçinin, ümumi ərazidə alkoqol qadağasının tətbiq ediləcəyini və saat 21:00 ilə 05:00 arasında komendant saatı tətbiq ediləcəyi vurğulanıb. Ən çox iki ailənin toplanması və toplanan insan sayının 5-dən çox olmayacağını deyən Söder qaydaların 5 yanvaradək qüvvədə olacağını söyləyib. Geri qayıt |