Əsas Səhifə > Dünya > Rusiyada son sutkada koronavirusdan 456 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 456 nəfər ölüb


7-12-2020, 15:49

 

Rusiyada son sutka ərzində daha 28 142 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Şəffaflıq.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 488 912 nəfərə çatıb.

Son sutka ərzində 456 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 43 597 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Geri qayıt