Əsas Səhifə > Gündəm > Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir
Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir7-12-2020, 15:20 |
Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirilir. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var. Saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu bildirilir. Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Cəlilabad RİH-də əməliyyat keçirməsi barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb. Geri qayıt |