Əsas Səhifə > İdman > Keçmiş SSRİ millisini Avropa çempionu edən qolun sahibi vəfat etdi - FOTO

Keçmiş SSRİ millisini Avropa çempionu edən qolun sahibi vəfat etdi - FOTO


6-12-2020, 13:26

 

1960-cı ildə futbol üzrə keçmiş SSRİ millisinin heyətində Avropa çempionu olan Viktor Ponedelnik 84 yaşında dünyasını dəyişib.

Bu barədə Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir.

Keçmiş futbolçunun qızı atasının ölməsi barədə sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Viktor Ponedelnik Yuqoslaviyaya qarşı final qarşılaşmasında keçmiş SSRİ komandasının qələbə qolunu vuraraq komandasını Avropa çempionu edib.

Geri qayıt