Əsas Səhifə > Dünya > Sergey Şoyqunun qızı federasiya prezidenti seçildi

Sergey Şoyqunun qızı federasiya prezidenti seçildi


5-12-2020, 21:59

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu Rusiya Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, Kseniya bu posta yeganə namizəd olub və onun namizədliyi RTF-nin keçmiş rəhbəri Pyotr İvanov tərəfindən irəli sürülüb. İvanov özü isə noyabrın 30-da Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti seçilib.

Qeyd edək ki, Kseniya Şoyqunun 29 yaşı var. O, eyni zamanda “Qazprombank”ın İdarə heyətinin sədr müavininin müşaviri vəzifəsini icra edir.

Geri qayıt