Əsas Səhifə > Dünya > Koronavirusa yoluxduqdan altı gün sonra xəstədə baş verən dəyişikliklər açıqlandı
Koronavirusa yoluxduqdan altı gün sonra xəstədə baş verən dəyişikliklər açıqlandı5-12-2020, 21:38 |
Qrip və kəskin respirator virus infeksiyalarında olduğu kimi koronavirusda da yoluxmadan altı gün sonra xəstənin vəziyyəti yüngülləşir. Şəffaflıq.az “Komsomolskaya Pravda”-ya istinadən məlumat verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, ən yüksək kateqoriyalı viroloq Anna Demina bildirib. O, buna baxmayaraq əzginlik, burun tıxanıqlığı və yüngül öskürəyin daha uzun müddət davam edə biləcəyini deyib. COVID-19-u ağır keçirən xəstələrə gəldikdə isə viroloq bildirib ki, onlarda xroniki xəstəliklər şiddətlənə bilər. “Qızdırma salan dərmanlar ya təsir etməyəcək, ya da zəif təsir edəcək. Xəstədə həmçinin sinə ağrısı və ya nəfəs almaqda çətinlik yarana bilər”, - deyə Anna Demina bildirib. Onun sözlərinə görə, bu kimi hallarda təcili tibbi yardım tələb olunur. Geri qayıt |