Əsas Səhifə > Dünya > Ukraynada deputatlar yumruq davasına çıxdılar

Ukraynada deputatlar yumruq davasına çıxdılar


5-12-2020, 12:04

 

Ukraynanın Odessa vilayət şurasında deputatlar arasında kütləvi dava olub.

Şəffaflıq.az REN TV-yə istinadən xəbər verir ki, ondan çox deputatın qatıldığı dava səbəbindən ilk sessiya baş tutmayıb.

Davaya səbəb kimi müxalifət partiyalarının tələbi göstərilib. Onlar “Gələcək üçün” partiyasından olan 9 deputatın qeydiyyata alınmasını tələb ediblər ki, bununla tribunada çoxluğu ələ almaq və vilayət şurasının sədri kimi öz nümayəndələrini seçmək istəyiblər. Bu, digər deputatların xoşuna gəlməyib. Nəticədə mübahisə düşüb.

Qısa zamanda mübahisə yumruq davasına çevrilib.

Dava zamanı şuranın binasına zərər dəyib, stol və kreslolar sındırılıb. Deputatlardan biri xəsarət alaraq, tibbi yardım üçün xəstəxanaya müraciət edib. 

Geri qayıt