Əsas Səhifə > Dünya > Vaksin almaq planları - Hansı ölkə peyvəndləməyə nə zaman başlayacaq?
Vaksin almaq planları - Hansı ölkə peyvəndləməyə nə zaman başlayacaq?2-12-2020, 19:16 |
Dünyanın bir çox yerlərində koronavirus pandemiyası vüsət aldığı bir vaxtda bir sıra ölkələr də potensial vaksin tədarükləri görür, gələn həftələrdə tətbiq oluna biləcək vaksinlərin ilkin dozaları ilə bağlı planlarını açıqlayırlar. Artıq ilin sonunadək vaksinlərin hazır olacağına ümidlər var. İki şirkət – "Moderna" və "BioNTech/Pfizer" vaksinlərinin Birləşmiş Ştatlar və Avropada təcili təsdiqlənməsi üçün müraciət ediblər. Dekabrın 1-də ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin müşavir qurumu tövsiyə edib ki, ölkədəki 21 milyon tibb işçisi və qayğı mərkəzlərindəki 3 milyon sakinə peyvənd hamıdan qabaq vurulsun. Vaksinlərin ilkin mərhələdə məhdud olacağı, 2021-ci ilin ortasına geniş tətbiq olunacağı bildirilir. Fransa gələn ilin əvvəlindəən zəif və risk altında olan qruplara üstünlük verməyi planlaşdırır, ikinci raund peyvəndləmə isə aprel-iyun arası aparılacaq. Açıqlamanı Prezident Emmanuel Makron yayıb. Almaniya isə 2021-ci ilin birinci rübündə peyvəndləməyə başlamağa ümid edir. Braziliyada Səhiyyə Nazirliyi peyvəndləmənin dörd mərhələdə aparılacağını bəyan edib. Birinci növbədə yerli sakinlərə, tibb işçilərinə, yaşı 75-dən yuxarı olanlara peyvənd vurulacaq. İkinci mərhələdə 60-74 yaşlılar, üçüncüdə yan xəstəlikləri olanlar peyvənd qəbul edə biləcəklər. Pakistan artıq vaksin almağa 150 milyon dollar ayırıb, əhalinin ən zəif sayılan 5 faizinin ilkin olaraq peyvənd olunacağı bildirilib. Az inkişaf etmiş, səhiyyə sistemi zəif ölkələrin vaksinlərəbərabər çıxış əldə edə bilməyəcəyi sarıdan narahatlıq artmaqdadır. Hətta ABŞ və Avropada beləəhalinin böyük hissəsinin vaksin vurdurmaq istəməyəcəyi dəəndişə yaradır. Səhiyyə rəsmiləri isəəhalini sosial məsafə saxlamağa, maska taxmağa çağırırlar. Artıq 13 milyondan çox yoluxmanın təsdiqləndiyi ABŞ-da bizneslərə yeni qadağalar qoyulur. Təkcə noyabrda bu ölkədə pandemiya 37 min nəfərin həyatına son qoyub. Ümumi ölü sayı isə 270 mindən artıqdır. Dekabrın 2-dən İngiltərə bir aylıq karantindən çıxsa da, bir çox yerlərdə qadağalar saxlanıb. İrlandiya altı həftəlik sərt qadağalara son verib.Türkiyədə artıq 9-cu gündür COVID-19-dan rekord ölü sayı qeydə alınır. Ölkə yeni qadağalara – həftəiçi komendant saatına və həftəsonları tam qapanmaya hazırlaşır. Şəffaflıq.az Geri qayıt |