Əsas Səhifə > Dünya > Dünya iqtisadiyyatını çətin aylar gözləyir
Dünya iqtisadiyyatını çətin aylar gözləyir2-12-2020, 19:08 |
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pouel (Jerome Powell) dünya iqtisadiyyatının qarşıda bir neçə çətin ay yaşayacağı qənaətindədir. Şəffaflıq.az FRS-nin saytına istinadən xəbər verir ki, Senatın Bankçılıq, Məskən və Şəhərçilik Komitəsi qarşısındakı nitqi zamanı qurum rəhbəri koronavirus pandemiyası üzündən ölkə və dünya iqtisadiyyatında yaranmış böhranlı vəziyyəti şərh edərək hətta böyük əczaçılıq şirkətləri tərəfindən yeni dərmanların hazırlanmasına belə baxmayaraq yaxın gələcəkdə davam edəcəyini dilə gətirib: “COVID-19 yoluxma hallarının artımı istər ölkədə, istərsə də xaricdə qarşıdakı bir neçə ay ərzində çətinliklər yarada bilər. İqtisadiyyatın tam dirçəlməsi insanların geniş fəaliyyət meydanına qayıtmağın təhlükəsizlik olduğuna inandıqları zaman baş verəcək. Peyvənd dərmanlarına dair son xəbərlər orta gələcək üçün çox müsbətdir. Hazırda isə onların tətbiq müddəti, istehsalı və bölüşdürməsi, həmçinin müxtəlif qruplara təsiri də daxil olmaq şərtilə bəzi çətinliklər və müəmmalar hələ də qalır”. Hazırkı şəraitdə dünya boyu hökumətlər tərəfindən iqtisadiyyata və əhaliyə dəstək proqramlarıhəyata keçirilməsinin zəruriliyini qeyd edən FRS rəhbəri ABŞ Maliyyə Departamentinin siyasətilə razılaşmadığını ifadə edib. Xatırladaq ki, maliyyə katibi Steven Mnuçin noyabrın 19-da hökumətin FRS ilə birgə həyata keçirdiyi 9 təcili yardım proqramının 5-ni bağlayacaqlarını açıqlamışdı. Qüvvədə qalan dörd proqram arasında ən mühümünün “Paycheck Protection Program” (PPP) kiçik sahibkarlığa dəstək proqramı olduğu diqqətə çatdırılmışdı. Geri qayıt |