Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > “Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib
“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib1-12-2020, 23:48 |
"Windows 7" əməliyyat sistemində kritik boşluq aşkar edilib. Bu barədə fransız kibertəhlükəsizlik mütəxəssisi Kleman Labroya istinadən "ZDNet" nəşri yazıb. Şəffaflıq.az ictnews.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, haker reyestrin açarlarını seçə, "Endpoint Mapper" və "DNSCache"dəki boşluqlar vasitəsilə sistemə müdaxilə əldə edə bilər. Bu komponentlər əməliyyat sisteminin quraşdırılması vaxtı istifadə olunur. Söhbət "sıfır gün" boşluğundan gedir. "Microsoft" şirkəti öz köhnə sistemlərini dəstəkləməyi dayandırdığına görə aşkar edilmiş boşluğun aradan qaldırılması ehtimalı son dərəcə azdır. "Microsoft" korporasiyası yanvarın 14-də "Windows 7" sisteminin dəstəyini dayandırıb və "Windows 10" sisteminin inkişafına köklənib. İstifadəçilər "Windows 7" sistemində işləməyə davam edə bilərlər, amma əməliyyat sistemi yeniləmələr almayacaq. Geri qayıt |