Əsas Səhifə > Dünya > Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb

Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb


29-11-2020, 20:10

 

Yaponiyanın Tanegashima adasında yerləşən kosmodromdan yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulmuş peyk ilə H-IIA raket buraxılıb.

Şəffaflıq.az-ın məlumatına görə, raket buraxılışı Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən canlı yayımlanıb.

Məlumata əsasən, bu yeni peyk orbitdəki digər Yaponiya peyklərindən məlumat alacaq və Yerə ötürəcəkdir.

O məlumatları həmişəkindən yeddi qat daha sürətli ötürə bilir və gündə orta hesabla təxminən 9 saat işləyir.

Geri qayıt