Əsas Səhifə > Dünya > Rusiyada ölənlərin sayı 39 mini keçdi - Qonşu ölkələrdə son vəziyyət

Rusiyada ölənlərin sayı 39 mini keçdi - Qonşu ölkələrdə son vəziyyət


28-11-2020, 14:03

 

Rusiyada son bir gündə 27 min 100 yeni yoluxma faktı qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 510 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 39 min 68 nəfərə çatıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 242 min 633 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 4472 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 127 min 942-yə çatıb.

Ölkədə sutka ərzində daha 34 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1195-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 106 min 328 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 1248 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 133 min 594 nəfərə çatıb. Daha 31 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2121-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Geri qayıt