Əsas Səhifə > Hadisə > AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında
AzTV əməkdaşını şantaj edən sabiq TV rəhbərinin oğlu hakim qarşısında28-11-2020, 12:29 |
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Yusif Şəfiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Şəffaflıq.az-ın xəbərinə görə, cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Baxış iclası dekabrın 7-ə təyin edilib. Qeyd edək ki, şantajda təqsirləndirilən Yusif Şəfiyev “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur. Məlumata görə, Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olub. Daha sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Fotoları qadının özünə göndərərək dəfələrlə müxtəlif məbləğlərdə pul tələb edib və ödəməyəcəyi təqdirdə şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı instagram səhifəsində paylaşıb. 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğluna barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib. Əlavə edək ki, N.Şəfiyev AzTV, İTV, “Türkel” TV və ARB 24 televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında “ARB 24” telekanalının rəhbəri vəzifəsindən çıxarılıb. Həmin zaman onunla birgə oğlu Allahverdi Şəfiyev də redaktor vəzifəsindən azad olunub. Nadir Şəfiyev 2019-cu ildə İsmayıllı rayonunun Basqal kəndində bələdiyyə üzvü seçilib. Oğlu həbs edildikdən sonra Basqal kənd bələdiyyəsinin sədri vəzifəsindən istefa verib. Geri qayıt |