Əsas Səhifə > REGİON > “Nikol Paşinyan xalqımızı faciəyə gətirib çıxardı, bunun üçün cavab verməli olacaq”.
“Nikol Paşinyan xalqımızı faciəyə gətirib çıxardı, bunun üçün cavab verməli olacaq”.24-11-2020, 00:01 |
“Nikol Paşinyan xalqımızı faciəyə gətirib çıxardı, bunun üçün cavab verməli olacaq”. Şəffaflıq.az xəbər verir ki, bunu Ermənistanın “Enaket” analitik mərkəzinin rəhbəri Tiqran Abramyan deyib. “İndiki məqamda vəziyyətin ciddiliyini dərindən dərk edərək Nikol Paşinyanın istefası üçün mümkün olan hər şeyi edənlərin hamısını başa düşürəm. Artıq aydındır ki, Nikol Paşinyan ölkəyə və insanlara deyil, öz kürsüsünə daha çox sadiqdir. Belə bir insanın hakimiyyətdən getməkdən başqa alternativi yoxdur. Nikol Paşinyan xalqımızı faciəyə gətirib çıxardı, bunun üçün cavab verməli olacaq”, - Tiqran Abramyan qeyd edib. Geri qayıt |