Əsas Səhifə > İdman > Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi
Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi23-11-2020, 23:46 |
Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. Şəffaflıq.az xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. 7 turdan sonra o, 3.5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Ümumilikdə turnirdə 16 şahmatçı mübarizə aparır."Report" Geri qayıt |