Əsas Səhifə > SİYASƏT > İrəvanda Azərbaycana təslim sənədinə imza atan Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirilir.
İrəvanda Azərbaycana təslim sənədinə imza atan Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirilir.20-11-2020, 23:24 |
İrəvanda Baş nazir Nikol Paşinyana etiraz olaraq aksiyada iştirak edən Ermənistan Milli Məclisi aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, Saqatelyan parlament binası qarşısında nümayişdə iştirak edib. Təhlükəsizlik orqanlarının əməkdaşları onu ayaqlarından tutaraq müəyyən bir məsafəyə qədər sürüyərək aparıblar. Sonra siyasətçi ayağa qaldırılıb. Avtomobilə aparılarkən “Armnews” kanalına qısa açıqlama verməyi bacarıb: “Mən aksiyada iştirak etdim, çünki inanıram ki, indi bütün şüurlu vətəndaşlar küçələrə çıxmalı və bu xəyanətin qarşısını almalıdır. Hər kəs bu gün çıxıb öz vətəndaş mövqeyini bildirməlidir”. Əlavə edək ki, noyabrın 10-dan İrəvanda Azərbaycana təslim sənədinə imza atan Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirilir. Geri qayıt |