Əsas Səhifə > Gündəm > Şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr.
Şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr.19-11-2020, 18:24 |
Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir. Qərara əsasən, fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır: 1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; 2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; 3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; 4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; 5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; 6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; 7. kütləvi informasiya vasitələrinin fəaliyyəti; 8. mühafizə xidmətləri. Geri qayıt |